BİTRİX24
EKSPERTİOLA BİLƏRSƏN
Bitrix24 istifadəçiləri üçün şans yaradır! Bitrix24 istifadə sahəsi geniş bir proqram təminatıdır və tapşırıq idarə edilməsi, insan resursları idarə edilməsi, marketinq və müştəri idarə edilməsindən tutmuş saytların hazırlanmasına kimi bir çox funksionallığı özündə cəmləyir. Bunun üçün də müxtəlif sahə üzrə ixtisaslaşmış əməkdaş heyətinin məhz öz ixtisas sahələri üzrə biliklərə yiyələnməsi vacibdir.
Sertifikat Bitrix24-dən istifadə haqqında dərin biliklər əldə etmək və bu bilikləri praktikada tətbiq etmək üçün nəzərdə tutulub. Bundan əlavə, çalışdığınız sahədə proqramın istifadəsi haqqında lazımi məlumatları alacaq və gündəlik iş proseslərinizi asanlaşdıracaqsınız. Sertifikatlaşdırma zamanı təlim bilik səviyyəsi ilə müəyyən ediləcək.
Müəyyən səviyyədə biliyə malik əməkdaşları da unutmadıq! Eyni zamanda 3 bilik səviyyəsi (başlanğıc, orta, yüksək səviyyə) üzrə təlimlər və imtahanlar nəzərdə tutulub. Proqram təminatı haqqında öyrənmək və öz sahənizdə ən yaxşı olmaq üçün indi sertifikat alın! Təcrübəli təlimçilərimizdən təlim keçib imtahandan keçərək sertifikat əldə edə bilərsiniz. Birbaşa imtahan vermək istəyirsinizsə, narahat olmayın, bu da mümkündür! Birbaşa imtahan versəniz və etibarlı nəticə əldə etsəniz, sertifikat ala bilərsiniz.
Bitrix24 biznes tərəfdaşlarının təlimi çərçivəsində yeni biznes tərəfdaşları üçün müvafiq proqramlar yaradılmışdır.
Bu təlimlər biznes tərəfdaşına Bitrix24 haqqında hərtərəfli biliklər vermək, həmçinin Bitrix24-ün tanıtımı, satışı, quraşdırılması və adaptasiyası haqqında məlumat vermək məqsədi daşıyır.
Yeni biznes tərəfdaşları məhsulun təqdimatından tutmuş müştəri ehtiyaclarının təhlilinə və düzgün həll yolunun təqdim edilməsinə qədər bütün prosesləri effektiv layihə idarəetmə metodologiyası ilə idarə etmək üçün öyrədilir və Bitrix24 tərəfindən təsdiqlənmiş sertifikatla təmin edilir.
Əməkdaşlıq
Tapşırıq və Layihə idarə edilməsi
Onlayn Sənəd idarə edilməsi
Təqvim idarə edilməsi
Mobil tətbiqin istifadəedilməsi
Vaxtın idarə edilməsi
Əməkdaşlıq
Tapşırıq və Layihə idarə edilməsi
Onlayn Sənəd idarə edilməsi
Təqvim idarə edilməsi
Mobil tətbiqin istifadəedilməsi
Vaxtın idarə edilməsi
Əməkdaşlıq
Tapşırıq və Layihə idarə edilməsi
Onlayn Sənəd idarə edilməsi
Mobil tətbiqin istifadəedilməsi
CRM
Vaxtın idarə edilməsi
Təlim + Sertifikat
Nəfər
Təlim + sertifikat təklifinə 2 saatlıq təlim daxildir. Təlim səviyyəyələri əhatə edəcək şəkildə tədris olunacaqdır. Təlimlər fiziki nəzərdə tutulmuşdur. Şəxsə özəl yanaşma ilə Bitrix24 istifadəsi haqqında biliklərə yiyələnəcəksiniz! Üstəlik biliklərinizi imtahan vasitəsi ilə test etmə şansınız da olacacaqdır.
Yalnız Sertifikat
Yalnız imtahan da iştirak edərək biliklərinizi test edin və Bitrix24 sertifikatına sahib olun.